Biz kimik

Biz, METSL – Korporativ, turizm və otelçilik, pərakəndə satış və sənaye sektorları üzrə Мüstəqil İnşaat Layihələrinin İdarəetmə mütəxəssisləriyik.

 

Biz bu xidmətləri əməkdaşlıq, qonaq-otelçilik, satış-pərakəndə və sənaye  sektorları üzrə təmin edirik. 2009-cu ildə qurulduğu gündən bəri METSL, bir sıra kompleks və yeni layihələr həyata keçirməklə müasir bir konsultasiya mərkəzinə çevrilmişdir.

 

İşçilərimizlə birlikdə biz  Birləşmiş Krallıqda, Yaxın Şərqdə və Asiya ölkələrində çoxsaylı layihələrin icrasına məsuliyyət daşımış və müştərilərimizə Layihənin hər bir fərdi ehtiyaclarını ödəmək üçün uyğunlaşdırılmış, səmərəli və etibarlı idarəetmə həllərini təklif etmişik.

 

Layihə komandamızı birbaşa lazımi təcrübəyə əsaslanaraq qururuq, bununla da riskləri minimuma endirmək və müştəri məmnuniyyətini səmərəli şəkildə əldə etməyi təmin edirik.

 

Bizim işə yanaşmağımız çox sadədir. Baş ofisin təyin etdiyi sərt agenda ilə məhdudlaşmırıq, təcrübəmizi, peşəkarlığımızı və “işi yerinə yetirmək” prinsipimizi nümayiş etdirərək güclü və etibarlı bir nüfuz yaratmağa davam edirik. Layihənin mürəkkəbliyindən asılı olmayaraq, hər bir tapşırığa eyni əhəmiyyət və rəğbət bəsləyir və eyni prioritetlik müstəvisində yanaşırıq.

 

Bizim hədəfimiz öz iş yanaşmalarını, ambisiyalarını bölüşən hər bir layihəyə maraqlı tərəfdarlarla tərəfdaş olmaq və onların uğurlarını inkşaf etdirməkdir. Müştərilər və Tərəfdaşlarımız tərəfindən təkrar iş təklifi alaraq əməyimizə verilən dəyərə görə minnətdarıq.